Qarabağda şirkət işçisini ilan sancdı

Füzulidə şirkət əməkdaşını ilan sancıb.

Hadisə1 dəq oxu
Qarabağda şirkət işçisini ilan sancdı

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən bildirilib.

Gent.az xəbər verir ki, iyunun 22-də agentliklə əməkdaşlıq edən "RPS Energy Ltd" şirkətinin nümayəndəsini Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən ilan sancıb.

Nəticədə, nümayəndəyə ANAMA-nın tibbi yardım heyəti tərəfindən ilkin yardımla yanaşı, ilan sancması zamanı zəruri olan bütün müvafiq səylər göstərilib. Həkimlərin peşakarlığı sayəsində zərərçəkmişin vəziyyəti operativ şəkildə təhlil olunub və ilk yardım dəstində mövcud olan ilan əleyhinə zərdab vurulub. Zəruri müayinələrdən keçirilməsi üçün nümayəndə xəstəxanaya göndərilib. Vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, ilan sanc şəxs Böyük Britaniya vətəndaşıdır.(lent.az)

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan