"Apple" 100-ə yaxın əməkdaşını işdən çıxarıb
ABŞ-ın "Apple" şirkəti ötən həftə ərzində müqavilə ilə çalışan 100-ə yaxın əməkdaşını işdən çıxarıb.

Bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən yazıb.
Gent.az xəbər verir ki, işdən çıxarılan əməkdaşlar korporasiya üçün yeni kadrların seçimi ilə məşğul olurdu.
Bildirilir ki, "Apple"ın ixtisara düşən işçilərinə bildiriblər ki, bu, cari biznes tələbatlarında dəyişikliklərlə əlaqədar həyata keçirilir.







