Mövqelərimiz atəşə tutulub

Noyabrın 18-i saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan…

Hadisə1 dəq oxu
Mövqelərimiz atəşə tutulub

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Gent.az xəbər verir ki, bundan başqa, saat 17:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

"Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - MN-dən bildirilib.

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan