Bakıda ağır yol qəzası: 3 nəfər həlak oldu

Xəzər rayonu Qala-Türkan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.

Hadisə1 dəq oxu
Bakıda ağır yol qəzası: 3 nəfər həlak oldu

Bu gün saat 17:30 radələrində “VAZ-2107” və “Hundai” markalı avtomobillər toqquşub.

Gent.az xəbər verir ki, hadisədə “VAZ-2107” avtomobilinin sürücüsü 1959-cu il təvəllüdlü Qurban Əliyev, sərnişinləri - 2009-cu il təvəllüdlü Lütfəlizadə Aminə və bacısı 2006-cı il təvəllüdlü Zalina həyatlarını itirib. Bacıların anası isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan