Qadınların adına "TikTok" profili açıb, pul tələb etdi

Hadisə1 dəq oxu
Qadınların adına "TikTok" profili açıb, pul tələb etdi

Naxçıvanda qadınların adına "TikTok" profili açıb, sonra bağlamaq üçün hədə-qorxu ilə pul tələb edən şəxs polis tərəfindən saxlanılıb.

Bu barədə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib

Qeyd olunub ki, bir neçə qadın “TikTok” sosial şəbəkəsində naməlum şəxsin onların adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını və onları təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün müəyyən məbləğdə pul vəsaiti tələb etdiyini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Babək rayon Güznüd kənd sakini Abbas Qurbanov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Hazırda Naxçıvan Şəhər Polis İdarəsində araşdırma davam etdirilir.

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan