Azərbaycanda ağır qəza: 3 ölü, 4 yaralı

Hadisə1 dəq oxu
Azərbaycanda ağır qəza: 3 ölü, 4 yaralı

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gent.az  xəbər verir ki, hadisə Babək rayon Vayxır kəndi ərazisində qeydə alınıb. Belə ki, “Niva” ilə “Santafe” markalı avtomobil toqquşub. Hadisə nəticəsində, “Niva”da olan Əliyeva Zərifə İbrahim qızı, Əhmədov Məhəmməd Mehdixan oğlu və Əliyev Mütəllim Xanış oğlu ölüb. Əhmədov Pərvin Məhəmməd oğlu isə ağır bədən xəsarətləri alıb.

“Santafe”də olan 3 sərnişin – Mahmudov Qüdrət Mehdi oğlu, Mahmudov Qəşəm Əbülfəz oğlu və Mahmudov Seyfəli Mehdi oğlu ağır yaralanıb. Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər, vəziyyətlərinin ağır olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan