Üç bacı dindar ailələrinin sərt qadağalarına qarşı üsyan edərək seks sənayesinə üz tutublar.
Gent.az xarici KİV-ə istinadla bildirir ki, Qreys, Maddi və Harriet bacıları heç vaxt məktəbə getməyiblər. Uşaqlıqları boyu ölkədən ölkəyə köçüb, Tayland, Avstraliya, Latviya və Qazaxıstanda yaşayıblar. Lakin həmişə həftədə bir dəfə kilsəyə gediblər. Bacılara romantik münasibətlərə girmək, sosial şəbəkələrdə hesab açmaq və 12+ kateqoriyalı filmlərə baxmaq qadağan edilib.
Uşaqlıqda qızlar itaətkar, sakit və utancaq olublar. Lakin böyüdükdən sonra artıq valideynlərinin sərtliyinə dözə bilməyiblər. 18 yaşında Harriet striptizçi kimi işləməyə, 21 yaşında Qreys isə erotik məzmun dərc edərək pul qazanmağa başlayıblar. 23 yaşlı Maddi onlara kömək edib
Qreys qeyd edir ki, onun peşə seçiminə sərt tərbiyəsi təsir edib. “Bizə dedilər ki, evlənmədən əvvəl cinsi əlaqə “günah”dır və əgər bunu etsək, cəhənnəmə gedəcəyik”. Onun sözlərinə görə, onlar “ideal xristian qızlar olmaqdan” yorulublar, öz fikirlərinə sahib olmaq istəyiblər.
Ailə indi bacılara nifrət edir, lakin Qreys, Maddi və Harriet bir-birlərini dəstəkləməyə davam edirlər. Üstəlik, hamısı anlayışlı dostlar qazanıblar.
Qızlar böyük pul qazandıqlarını iddia edirlər. Qreys etiraf edir ki, Harrietlə tvit etdikləri videoya görə onlara minlərlə dollar pul verilib. O vaxtdan bəri pərəstişkarları üç bacıdan birlikdə nəsə yazmağı xahiş edirlər. Qreys belə məzmunun pərəstişkarlarına böyük zövq verəcəyini başa düşür, lakin qızların heç vaxt belə bir şey etməyəcəyini vurğulayır.
Qreysin sözlərinə görə, onun işi valideynlərinin inancından asılı olmayaraq öz inanclarını formalaşdırmağa kömək edib. “Həqiqətən inanıram ki, bu, mənə bu peşədən kənarda ola bilməyəcəyim çılğın bir inam verdi” deyib.