ABŞ-ın Texas ştatında müəllim məktəbdə intim videolar çəkib.
Gent.az xarici mediaya istinadla bildirir ki, məktəb rəsmiləri fevral ayında işdən çıxan musiqi müəlliminin iki ədəbsiz videosu ilə rastlaşıblar. Onlardan biri sinif otağında, digəri isə məktəb tualetində lentə alınıb. Hər iki halda qadın sinəsini və ombasını açıb kamera qarşısında silkələyir. İkinci videoda keçmiş müəllimin boynunda iş vəsiqəsi asılıb.
Qadın etdiyi işin səhv olduğunu qəbul edib. O, videoları keçmiş sevgilisindən qisas almaq kimi çəkdiyini açıqlayıb. Bunun üçün o, bazar günü heç kimin olmadığı vaxt məktəbə getməli olub.
Keçmiş müəllim qeyd edib ki, özü heç vaxt internetdə belə məzmun dərc etməyib. O, keçmiş sevgilisinin bunu etdiyini düşünür və artıq ondan polisə şikayət edib.