Braziliya sahillərində batan qayıqda xilasedici jilet taxmaqdan imtina edən iki bloqer ölüb.
Gent.az xəbər verir ki, 37 yaşlı Aline Tamare Moreire de Amorim və 27 yaşlı Bitrayz Tavares da Silva Faria xilasedici jilet taxmaq çağırışlarına məhəl qoymayıblar.
Məlumata görə, bu, yaxta məclisindən qayıdan izdihamlı qayığın İquasu çayında İblis Boğazının sularında çevrilməsi zamanı baş verib.
Polis komissarı Markos Alexandra Alfino qayıq kapitanının ifadəsinə istinad edərək, "Bəziləri selfi çəkdirdikləri üçün jilet geyinmək istəmədilər. Onlar jileti geyinsələr şəkillərdə pis düşəcəklərini bildirdilər", - deyə bildirib.
Yerli mediaya görə, iki qurban sentyabrın 29-da San-Paulu sahillərində dəbdəbəli yaxtada keçirilən əyləncədən sonra digər dörd şəxslə birlikdə qayığa miniblər. Qayığın kapitanı polisə bildirib ki, qayıq beşdən çox sərnişin götürə bilməsə də, ona altı şəxsi daşımaq əmri verilib. Nəticədə bu da gəmini qeyri-sabit vəziyyətə salıb və güclü dalğaların öhdəsindən gələ bilməyib. Nəticədə qayıq bataraq sərnişinləri sulara atıb.
Polisin bildirdiyinə görə, Fariyanın cəsədi həmin vaxt, Amorimin cəsədi isə bir həftə sonra İtakitanduva çimərliyinin sahilində tapılıb.
Qeyd edək ki, onlar ölümlərindən bir neçə dəqiqə əvvəl lüks yaxtada çəkdirdiyi fotoları sosial şəbəkələrdə yerləşdirib.