Görüşə getdiyi qadının ərinə yaxalandı, eyvandan yıxılıb öldü

Hadisə1 dəq oxu
Görüşə getdiyi qadının ərinə yaxalandı, eyvandan yıxılıb öldü

Türkiyədə evli qadınla görüşə gedən gənc oğlan faciəvi şəkildə ölüb.

Gent.az  yerli mediaya istinadla bildirir ki, hadisə Aksaray şəhəri Hasas məhəlləsində baş verib. 26 yaşlı Mikail Özkulluk sosial şəbəkədən tanış olduğu 36 yaşlı N.A. adlı qadının evinə görüşə gedib. Yataq otağında olduqları zamanı qadının əri qəfil evə girib. Təlaşa düşən Mikail Özkulluk dərhal eyvana çıxaraq, binadan aşağı uzanan boru vasitəsilə binanı tərk etməyə çalışıb.

Lakin boru ağırlığa tab gətirməyərək qırılıb və gənc oğlan 4-cü mərtəbədən yerə yıxılıb. O, ayağa durub getmək istəyərkən yol kənarında özünü itirib və yıxılıb. Hadisə yerinə gələn həkimlər oğlanı xəstəxanaya aparıblar. Görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Polisə çağırılan N.A və 35 yaşlı əri N.G.A. ifadələri alınandan sonra sərbəst buraxılıblar.

Araşdırmalar davam etdirilir.

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan