“Yolka” aşdı: 19 yaşlı polis öldü

Hadisə1 dəq oxu
“Yolka” aşdı: 19 yaşlı polis öldü

Kolumbiyada bayram işıqlarının yandırılması zamanı “yolka”nın aşması nəticəsində bir polis həlak olub.

Gent.az -ın xarici KİV-ə istinadla xəbərinə görə, Kevin Andres Navas Yeni il tədbirində çalışıb. Hüquq-mühafizə orqanının əməkdaşı sıxıldıqdan sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. 19 yaşlı gənc təəssüf  ki, aldığı xəsarətlər ağır olduğundan qəzadan sağ çıxa bilməyib

Onlarla adam qaçaraq ağacı yerdən qaldırmağa kömək etmək üçün bir yerə toplaşıb. 30 metr hündürlüyündəki metal konstruksiyanı tərpətmək ölçüsünə görə çox çətin olub.

Kundinamarka əyalətinin Jirardo bələdiyyəsində yerləşən Bolivar parkında keçirilən tədbirə ailələr qatılıb. Ağacın üzərinə aşdığı yeganə insan Kevin olub. Şahidlərin sözlərinə görə, ağacın üst hissəsi qırılıb və nəticədə onun aşması baş verib.

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan