Azərbaycanda TİKTOK-da BÖYÜK ƏMƏLİYYAT: Azər Zahid və digərləri saxlanıldı

Hadisə1 dəq oxu
Azərbaycanda TİKTOK-da BÖYÜK ƏMƏLİYYAT: Azər Zahid və digərləri saxlanıldı

“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tədbirlər görür. 

Gent.az -ın xəbərinə görə, vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilərin TikTokerlərin iştirakı ilə təşkil etdiyi yarışmalarda baş verənlər canlı yayımlanıb. 

Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri saxlanılıblar. 

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər. Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan