ABŞ-da Yeni il atəşfəşanlığı zamanı faciə yaşanıb.
Gent.az “mirror”a istinadla xəbər verir ki, hadisə Florida ştatının Şimal-Qərb Mayami-Dade şəhərində avtomobil parkında baş verib.
10 yaşlı Yanelis Munquia ailəsi ilə birlikdə gecə saatlarında Yeni ili qarşılayarkən atəşfəşanlıq zamanı qəfil yerə yıxılıb.
Valideynləri qaçaraq onun başının arxasından zədə aldığını görüblər. Onu xəstəxanaya aparsalar da, orada ölüb.
Qeyd olunur ki, azyaşlı qız naməlum şəxsin tüfəngdən açdığı atəş nəticəsində ölüb.
Hazırda polis araşdırma aparır.