Xırdalanda yarmarkadan 15 minlik paltar oğurlandı

Hadisə1 dəq oxu
Xırdalanda yarmarkadan 15 minlik paltar oğurlandı

Abşeron rayonu Xırdalan şəhəri ərazisindəki yarmarkadan 15000 manat dəyərində geyim əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən N.Quliyev müəyyən olunaraq saxlanılıb. 

Həmçinin, Nizami rayonu B.Nuriyev küçəsindəki evlərin birinin dəhlizindən 450 manat dəyərində velosiped, Suraxanı rayonunda yerləşən mənzildən isə 2300 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən Z.Məmmədşərifov və Ş.Səttarov da polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Hər üç faktla bağlı araşdırma aparılır

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan