Evə oğurluğa girmişdi, bir banka xiyar yeyib qaçdı

Hadisə1 dəq oxu
Evə oğurluğa girmişdi, bir banka xiyar yeyib qaçdı

Tatarıstanın Almetyevsk şəhərindən ev qarət olunub.

Gent.az Rusiya mediasına istinadla bildirir ki, şəhər sakini mənzilini kilidləməyi unudub və oğru evdən qiymətli əşyaları götürüb, girişdə oğurlanmış turşuları yeyərək, yoxa çıxıb.

25 yaşlı Almetyevsk sakini hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs gecə saatlarında onun mənzilinə daxil olaraq qiymətli əşyaları aparıb. Polis otaqlardan qol saatı, avtomobil və ev açarları, həmçinin bir banka turşunun olmadığını müəyyən edib.

Oğurluqda şübhəli bilinən şəxsin əvvəllər məhkum olunmuş, işsiz 46 yaşlı Almetyevsk sakini olduğu məlum olub. O saxlanılıb, şəxsi axtarış zamanı oğurlanmış əşyalar götürülüb. Şübhəli dindirilərkən etiraf edib ki, gecə saatlarında kilidi açıq mənzilə girib, xoşuna gələn əşyaları götürüb, girişdə xiyar turşusunu yeyib və çıxıb gedib. Oğurluqla bağlı cinayət işi açılıb, cinayətkar altı ilə qədər həbs cəzası ala bilər.

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan