17 yaşlı əlil qızla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı

Hadisə1 dəq oxu
17 yaşlı əlil qızla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 17 yaşlı əlil qızla cinsi əlaqədə ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb.

Gent.az  yerli mediaya istinadla bildirir ki, qızı atası azərbaycanlını zərərçəkənin müdafiəsizliyindən istifadə edib onunla cinsi əlaqədə olmaqda ittiham edib.

Sankt-Peterburq sakini ötən gecə polisə müraciət edib. O, qızının əvvəllər Maksud adlı ailə tanışı tərəfindən zorlandığını bildirib. Müstəntiqlər müəyyən ediblər ki, 35 yaşlı əcnəbi ilə uşaqlıqdan əlil olan 17 yaşlı qız arasında cinsi əlaqə 2024-2025-ci illər arasında baş verib.

Həmin şəxs saxlanılaraq şöbəyə aparılıb. Onun barəsində Rusiya Federasiyasında olma rejiminin pozulması ilə bağlı protokol tərtib edilib (əcnəbi miqrasiya üçün qeydiyyata alınarkən göstərdiyi ünvanda yaşamırdı). Hələlik cinayət işi açılmayıb.

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan