Yeniyetmə qızların intim xidmət göstərdiyi salonda ƏMƏLİYYAT

Hadisə1 dəq oxu
Yeniyetmə qızların intim xidmət göstərdiyi salonda ƏMƏLİYYAT

Rusiyanın Volqaqrad vilayətinin Voljski şəhərində polis əməkdaşları yeniyetmə qızların müştərilərə intim xidmət göstərdiyi masaj salonu aşkar ediblər.

Gent.az yerli mediaya istinadla bildirir ki, qeyri-qanuni müəssisə şəhərdə 2024-cü ilin may ayında fəaliyyətə başlayıb. Onu 33 yaşlı yerli sakin açıb.

Müəssisədə masaj adı altında yeniyetmə qızlar tərəfindən intim xidmətlər göstərilib və onlara 6 nəfər rəhbərlik edib. Həmin 6 nəfər saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsinin 3-cü hissəsi (“Fahişəliyə cəlb etmə”) ilə cinayət işi açılıb. “Masaj salonu”nun təşkilatçısı nəzarətə götürülüb.

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan