Yemək bişirən qadın yanaraq öldü

Hadisə1 dəq oxu
Yemək bişirən qadın yanaraq öldü

Başqırdıstanda yaşlı qadın yemək hazırlayarkən yanaraq ölüb.

Gent.az  Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Baymakski rayonunun Starı Sibay kəndində baş verib. Qadın mətbəxdə sobanın qarşısında dayanarkən xalatı yanıb. Bu zaman yaxınlıqda olan yaşlı kişi əlləri ilə yanğını söndürməyə çalışıb, daha sonra zərərçəkənin üzərinə su töküb.

O, qadını xəstəxanaya çatdırıb, onun boyun, üz, mədə və bud nahiyəsində yanıq xəsarətləri aşkarlanıb və həkimlər onun vəziyyətini ağır qiymətləndiriblər. Qadını xilas edərkən kişi də əllərindən xəsarət alıb.

Təqaüdçü hadisədən sağ çıxa bilməyib.

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan