Gəzinti zamanı ayıdan qaçan qız göldə BOĞULDU

Hadisə1 dəq oxu
Gəzinti zamanı ayıdan qaçan qız göldə BOĞULDU

Rumıniyada gənc qız ayıdan qaçarkən Frumoasa gölündə boğularaq ölüb.

Gent.az  xarici mediaya istinadla bildirir ki, hadisə Harqita qraflığında baş verib.

Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, 18 yaşlı qız dostları ilə birlikdə gölün yaxınlığındakı meşədə olub. Gəzintiyə çıxan bir qrup gəncin yaxınlığında qəfil ayı peyda olub. Onlar ayıdan qorxaraq qaçmağa başlayıblar.

Qız qaçarkən müvazinətini itirib və hündürlükdən dərin suya düşüb. Hadisə ilə əlaqədar iki xilasedici briqadası hadisə yerinə gəlib.

Zərərçəkmiş qayıq vasitəsilə sudan çıxarılaraq sahilə aparılıb, həkimlər ilkin tibbi yardımaə başlayıblar. Lakin görülən tədbirlərə baxmayaraq, qızı xilas etmək mümkün olmayıb. Hazırda polis hadisənin baş vermə şəraitini müəyyən etmək üçün araşdırma aparır.

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan