Abşeron rayonunda partlayış baş verib.
Hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.
Qəsəbə ərazisində səhər saatlarında fərdi yaşayış evində baş verən hadisə nəticəsində 1972-ci il təvəllüdlü Mehdiyeva Mətanət Məmməd qızı, 1993-cü il təvəllüdlü Mahmudova Ayşə Əbülfət qızı, üç yaşlı Mahmudov Məhəmməd Zahiri oğlu və dörd yaşlı Mahmudova Nilay Zahiri qızı ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.
Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb./Trend