Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI

Hadisə1 dəq oxu
Azərbaycanlı aşpaz və kuryer adam OĞURLADI

Rusiyada adam oğurlayan azərbaycanlılar saxlanılıb.

Gent.az  yerli mediaya istinadla bildirir ki, hadisə Moskva vilayətinin Podols şəhəri, Bolşaya Serpuxovskaya qəsəbəsində baş verib. Naməlum şəxslər günorta saatlarında evinin yaxınlığında 34 yaşlı Vladimiri “Hyundai Solaris”ə zorla mindirərək, qollarını qandallayıb və başına bir neçə zərbə endiriblər. Onlar Vladimiri tapança ilə hədə-qorxu gələrək 5 milyon rubl tələb ediblər.

Vladimir və onu qaçıranların olduğu maşın təxminən bir saat sonra Borodino kəndinə çatıb. Fürsətdən istifadə edən zərərçəkən qapını aça bilib və yola yıxılıb. Xoşbəxtlikdən bu an yoldan polis maşını keçirmiş. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli hal olduğunu tez başa düşüblər. Vladimir azad edilib və onu qaçıranlar saxlanılıb.

Məlumata görə, cinayətkarların iki Azərbaycan vətəndaşı (aşpaz və kuryer) və Rusiya vətəndaşı olan sahibkar olduğu üzə çıxıb. Onlara qarşı adam oğurluğu maddəsi ilə iş açılıb. Təqsirləndirilən şəxsləri 12 ilə qədər həbs gözləyir.

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan