Qax rayonunda güclü yanğın başladı

Qax rayonunda yanğın başlayıb.

Hadisə1 dəq oxu
Qax rayonunda güclü yanğın başladı

Hadisə Şəki-Qax avtomobil yolunun Qaxın ərazisindən keçən hissəsindəki kolluq ərazilərdə baş verib.

Gent.az xəbər verir ki, hadisə ilə əlaqədar avtomobillərin hərəkətində çətinlik yaranıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.

Yanğının baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Qax Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və 25 nəfər şəxsi heyəti cəlb edilib. Havanın küləkli olması alovun əhatə dairəsini artırıb. Alov təxminən 10 hektar ərazini əhatə edir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.(report.az)

Oxşar məqalələr

Hamısı

Xəzərdə zəlzələ baş verib

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə Gent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı …

Hadisə

Ən çox oxunan