Səni yataqda şirə çevirəcək qidalar

Hələ İbn-Sina (o olmasa da, Hipokrat 100%) iddia edirdi ki, insanın istər əxlaqi, istərsə də fiziki durumu onun yediyindən asılıdır. Əlbəttə ki, əcdadlarımız müasir dönəmin bütün problemlərindən xəbərdar ola bilməzdilər. Pelmenlər səni atan həyat yoldaşını qaytarmağa kömək etməz, konservləşdirilmiş şaftalı isə aylıq kreditlərdən qurtara bilməz. Lakin bəzi şeylərdə qida həqiqətən də sənə kömək edə bilər. Məsələn, seksdə.
Elə məhsullar var ki, bunu doğurdan da yaxşılaşdırır. Diyetoloq həkimlərin köməyi ilə biz sənin üçün bu möcüzəvi siyahı hazırladıq. Bunlardan bəziləri ereksiyanı gücləndirmək, digərləri daha parlaq orqazmlar üçündür və s. Sənə qalan iş – bu sirli siyahını itirməmək və ən yaxında yerləşən supermarketə üz tutmaqdır.
Ereksiya üçün pomidor və qarpız
Əgər arzuladığın sabit ereksiyadırsa – sənin dərdinə likopin adlı karotinoid yardım edə bilər. Bu maddə bitkilərdə fotosintez prosesində iştirak edir, oksigenin bir tərəfdən digər tərəfə daşıyıq. Bu maddənin hamımıza tanış olan pomidor və qarpızda tapmaq olar.
Bunlardan hər gün yesən daha məsləhətlidir, lakin buna imkan və zaman yoxdursa, seksdən üç saat öncə bu bitkilərdən yesən hər şey qaydasında olacaq.
Bu işdə sənin imdadına çatacaq digər maddə isə dəmirdir. Əgər vaxtında bədəndə zəruri dəmir ehtiyyatı yaratmasan işlərin o qədər də yaxşı getməyə bilər. Dəmiri kəpəkli çörəkdə, quzu ətində, dana böyrəyində və ya toyuq ürəyində tapmaq olar.
Qeyd etdiyimiz məhsulları da hər gün yemək daha məsləhətlidir, lakin ən pis halda, seksdən bir həftə öncə bu məhsullardan birini yeməyiniz zəruridir.
Dəmiri rahat həzm etmək üçün isə sənə adi toyuq yumurtası lazımdır. Çünki onda olan A vitamini ilə dəmir bədənə tərəfindən daha rahat qəbul edilir. Seksdən 6-12 saat öncə bir yumurta bəs edər.
Coşqulu orqazm
Coşqulu orqazm axtaranlar – yaxın oturun. Çünki bu bölüm sizin üçündür.
Sənin emosiyalarının nə qədər parlaq olub olmayacağına iki amil cavabdehdir: spermanın həcmi və ifraz edilən xoşbəxtlik hormonları. İlk amilə başqa hazır bir siyahı həsr edilib. Hormonlara gəldikdə isə, xoşbəxtliyə cavabdeh olan serotonin triptofan adlı amin turşudan əmələ gəlir. Ondan isə metabolizm və imunitet üçün mühüm olan niasin (sadə dildə desək vitamin B3) sintez olunur.
İndi isə diqqət! Sənin beynin imuniteti orqazmdan qat-qat üstün sayır. Buna görə də, niasin az olduqda bütün triptofan onun istehsalına yönəldilir. Nəticə də sevinc hormonu oluşmur.
Bunun qarşısını almaq üçün, yəni orqanizmin sakit olması və triptofanı serotoninə çevrilməsi üçün niasin ehtiyatı yaratmalıyıq. Səni sevindirmək istəyirik, çünki bunu etmək çətin deyil. B3 vitaminini bir çox qidada tapmaq olar. Lakin araxis və xurma sanki bu vitaminlə dolu ambardır.
Bu məhsullardan gündə bir dəfə yemək məsləhətlidir. Olduqca utancaq və sekslə heç bir əlaqəsinin olmadığı güman edilən digər maddə isə - B5 vitamini və ya pantoten turşusudur. O neyrotransmitterlərin – beyindən penisə və geri impuls göndərən maddələrin sintezində mühüm rol oynayır. Digər orqanlarda impuls buraxır, lakin hal-hazırda bizim “dərdimiz” başqadır. Məhz həmin transmitterlərin sayəsində insanı “həzz dalğaları” bürüyür.
Bədəndə transmitter çox olduqda orqazm lokal yox, kompleks şəklində baş verir: beyin sənin “işinin bitdiyini” daha sürətlə qavrayır və daha çox sayda əzələyə rahatlaşmaq əmri verir. Bunun üçün ən məsləhətli qida qarabaşaq aşı, qızardılmış dana ciyəri və avokadodur. Pantoten turşusu axtaranlar bu məhsullara üz tutsunlar. Seksdən bir və ya iki gün öncə bunlardan yemək məsləhətdir.
Triptofanla dolu başqa məhsullar kəsmik və hind toyuğu ətidir. Birini xoşlamayan, digərini yeyə bilər. Seksdən bir həftə öncə yemək daha uyğundur.
İlk görüş üçün təlimat
İlk “görüşdə” işi ustalıqla yerinə yetirmək üçün orqanizmə lazım olan maddə çoxumuza tanış olan qlükozadır. Sən əsas məqamı gözlərkən keçirdiyin həyəcan nəticəsiz ötüşmür. Bu zaman bədənin qlükozanı 5.5 mühərrik gücündə bir avtomobilin yanacağı yediyi kimi tükədir. Nəticədə, zaman gəldikdə səni düşündürən artıq seks yox, yemək olur. Bunun qarşısını almaq üçün qlükoza ilə bol olan qidalar – spaqetti, qiymə ət və ya acı şokolad yemək məsləhətlidir.
Və son olaraq bildirmək istəyirik ki, kişilər adətən bunu gizlətməyə çalışsa da, həyacanlanmaq onların bir çoxu üçün adi bir şeydir. İndi isə sizə daha bir sirri açacayıq. Həyəcan hissini yatırdan maddə - tirozin amin turşusudur. Onu badam və ya balqabaq tumunda tapmaq olar. Daha rahat həzm edilməsi üçün seksdən 3-4 saat öncə portağal şirəsi ilə yemək tövsiyyə edilir.
Düşünürük ki, əlində bu cür siyahısı olan kişilərin qarşısında nə Çin səddi, nə Alp dağları tab gətirər.






