Qızları səndən uzaqlaşdıracaq vərdişlər

Qızların səndən xoşlanmaşı üçün təkcə yaraşıqlı olmaq bəs etmir.

Kişi-qadın4 dəq oxu
Qızları səndən uzaqlaşdıracaq vərdişlər

Qızların səndən xoşlanmaşı üçün təkcə yaraşıqlı olmaq bəs etmir.

Hətta idmançı bədəninə malik kişi bəzi vərdişləri ilə zərif cinisin nümayəndələrini qorxuda bilər.

1.Aqresivlik

Qızları səndən uzaqlaşdıracaq vərdişlər — şəkil 1

Bu hünər və fərasət göstəricisi deyil. Qızların aqressiyadan xoşları gəlmir. Onların fikrincə sənin xasiyyətin pis və dayanıqlı deyil.

Əgər səndə səs tonunu qaldırmaq, söyüş söymək kimi vərdişlər varsa, öz üzərində işləməlisən. Yoxsa heç bir qız sənə yaxın durmayacaq.


2. Keçmiş sevgililərin haqda söhbət

Qızları səndən uzaqlaşdıracaq vərdişlər — şəkil 2

Görüş zamanı onunla keçmiş sevgililərini müzakirə etmə. Nə yaxşı, nə də pis tərzdə. Qadınlar bunu heç xoşlamır.

3. Lovğalıq və təkəbbür

Qızları səndən uzaqlaşdıracaq vərdişlər — şəkil 3

Heç kim lovğa adamın yanında özünü rahat hiss etmir. Başqaları üzərindəki üstünlüyünü nümayiş etdirmək yaxşı vərdiş deyil. Xüsusən də, əgər bu reallıqdan uzaq bir şeydirsə. Dünya çempionu olsan belə, təvəzökarlığın daha səmərəli olar, nəyinki təkəbbürün.

4. Qadınlarka rəqabət aparmaq istəyi

Qızları səndən uzaqlaşdıracaq vərdişlər — şəkil 4

Əgər sənin qadınlarla rəqabət aparmaq kimi bir vərdişin varsa heç vaxt onlar üçün cəlbedici olmayacaqsan. Özünü heç kimlə müqayisə etmə. Bunu yalnız özündən əmin olmayan insanıar edir.

5. Qətiyyətsizlik

Qızları səndən uzaqlaşdıracaq vərdişlər — şəkil 5

Əgər bir şeyi söz verib etmirsənsə, qadınlar səni qeyri-ciddi və qətiyyətsiz insan kimi qəbul edəcək. Sözünə sahib çıxmayan kişi qadının nəyinə gərəkdir?

6. Gopçuluq

Qızları səndən uzaqlaşdıracaq vərdişlər — şəkil 6

Gopçuluq münasibətlərə zəhər qatan bir vərdişdir. Həmçinin bu kişiyə heç yaraşmayan bir xüusiyyətdir.

7. Hər şeydə üstün olmaq istəyi

Qızları səndən uzaqlaşdıracaq vərdişlər — şəkil 7

Əgər sən hər an üstünlüyünü qabartmağa çalışırsansa qarşındakı qadına öz istəklərini ifadə etməyə və münasibətlərinizdə iştirak etməyə imkan buraxmırsan. Beləliklə, sən ona qarşı hörmətsizlik edirsən. Bu da ki yaxşı bir şey deyil.

8. İnfantillik (Yüngüllük)

Qızları səndən uzaqlaşdıracaq vərdişlər — şəkil 8

Əlbəttə ki, hərdən bütün qaydaları qırağa atıb gülməli və qeyri-adi bir şey etmək istəyirsən. Bu normaldır. Lakin bu cür xasiyyət münsaibətlərinizin daimi parçası olmamalıdır. Qızlar məsuliyyətli, qərar verə bilə və gələcək barədə plan hazırlayan kişiləri xoşlayır.

9. Laqeydlik

Qızları səndən uzaqlaşdıracaq vərdişlər — şəkil 9

Əgər ətrafdakılar və həyatında baş verən hadisələr sənin vecinə deyilsə qarşındakı qadından müsbət münasibət gözləmə. Biveclik filmlərdə yaxşı şey kimi qələmə verilir. Reallıqda isə belə insanlar etimad qazana bilmirlər.

10. Maddi müvəffəqiyyətin aşırı nümayişi

Qızları səndən uzaqlaşdıracaq vərdişlər — şəkil 10

Sən maddi baxımdan müvəffəqiyyətli olsan da bunu hər dəfə nümayiş etdirməyin yaxşı bir şey deyil. Təkəbbür heç bir insana xeyir gətirmir.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan