Sizə fərqli sənət sahibi olan qadınlarla tanış olmağın yollarını təqdim edirik. Bu dəfə söhbət stüardessalardan gedəcək.
Qeyd etmək lazımdır ki, bu sənət sahiblərinə kişi tapmaq çətin olur. Çünki nadir kişilər öz qadınlarını mütəmadi olaraq ezamiyyətlərə buraxmağa hazırdır.
Ona görə də, onların çoxları ərdə deyil.
Qeyd etmək lazımdır ki, xüsusi psixoloqlar stüardessaları təyyarədə münaqişələrdən qaçınmağı öyrədir. Maraqlıdır ki, onlar ən təhlükəli sərnişinə belə “yox” deyə bilməzlər.
Səmada tanışlıq
Əgər uçuş qısadırsa sadəcə kofeni öz üzərinə tök. Stüardessa sənə elə qayğı ilə xidmət göstərəcək ki, anan yadına düşəcək. Lakin uçuşun uzun olması daha yaxşıdır.
Əgər bir təyyarə ilə tez-tez uçuşlar edirsənsə bu əladır. Stüardessaların iti yaddaşı var. Səni yadda saxladıqda özlərinə artıq daha yaxın bilirlər. Gecə hərəkətə keçmək daha məsləhətlidir., çünki şam yeməyi bitib və hamı bu zaman yatır.
Noutbukunla birgə mətbəxə daxil ol və onlarla film izlə, yada stüardessaların həyat və hava barədə şikayətlərinə qulaq as. İmkan varsa suvenir hədiyyə et.
Yerə endikdən sonra
Stüardessalar adətən xaricdə mehmanxanalarda qalır. Ona görə də hansısa bir nüfuzlu mehmanxanaya gəlib bütün hava şirkətlərin “crue list”ini istəyə bilərsiniz.
Orada kimin hansı otaqda qaldığını öyrənmək mümkündür. Nəzər al ki, bir otaqda iki stüardessa qalır. Ona görə də, çalış görüşə dostunla birgə get.