Gül hədiyyə edərkən edə biləcəyin səhvlər

Kişi-qadın2 dəq oxu
Gül hədiyyə edərkən edə biləcəyin səhvlər

Bəlkə də insanlar var ki, gül hədiyyə etmək onlarda rahat alınır.

Lakin bir çoxumuz üçün bu əsl sınaqdır.

O, hansı buketi görmək istəyir? Əlbəttə ki, peşəkar floristlərə müraciət etmək olar, lakin onun xidmətləri baha başa gələcək. Əsas odur ki, bir sıra yanlışa yol verməyəsən.

Sizə onlardan danışaq:

1.Sarı zanbaqlar – ayrılıq rəmzidir

Sarı güllər, xüsusən də zanbaqlar xəyanət, ayrılıq və günahların yuyulmasının rəmzi sayılır. Ola bilsin ki, sevdiyin qadının belə şeylərdən xəbəri yoxdur. Lakin hər halda risk etməyə lüzum yoxdur.

Gül hədiyyə edərkən edə biləcəyin səhvlər — şəkil 1

2. Qərənfil - ən ucuz gül

Ona qərənfil hədiyyə etsən, böyük ehtimal ortada inciklik yaranacaq. Çünki elə təəsürat yaranacaq ki sən ona qiymət vermirsən. Həmçinin qərənfil qəbirstanlıq gülü də sayılır.

Bir sözlə, gül dükanına girdikdə qərənfilə tərəf getmə.

3. Qızılgül – ehtiras rəmzi

Əgər səbəb romantik gecə keçirtməkdirsə ona qızılgül al. Bu sevgi, ehtiras, romantika rəmzidir.

Gül hədiyyə edərkən edə biləcəyin səhvlər — şəkil 2

4. Cüt sayda gülü yalnız məzar üstünə apararlar

Yadda saxlayın. Ən böyük səhvlərdən biri sevdiyin qadına cüt sayda gül hədiyyə etməkdir. Hər bir qadın nəyi də bilməsə, bunu bilir ki, cüt sayda çiçəklər qəbirüstünə qoyulur.

Düzdür böyük buket olsa, heç kim orada güllərin sayını yoxlamacayacaq. Amma yenə də ehtiyyatlı olmaq lazımdır.

5. 3 dənə gül – romantik deyil

Bu formul daha dəqiq belədir: bir gül – diqqət, 3 – hörmət, 5 – etiraf, 7 isə sevgi rəmzidir. Bir sözlə, nə qədər çox olsa o qədər yaxşı.

6. Ağ güllər – günahsızlıq və fərahlıq komplimentidir

Gəlinin buketini boş yerə ağ tona etmirlər. Əgər sevdiyin qız özünü günahsız kimi qələmə verirsə rahat şəkildə ona ağ güllərdən ibarət buket hədiyyə et. O, bunu sənin tərəfindən edilən diqqət və qayğı rəmzi kimi alqılayacaq.

Gül hədiyyə edərkən edə biləcəyin səhvlər — şəkil 3

7. Evə “torpaq” gətirmə

Əgər sevdiyin qadının evində dibçəkli güllərin olub-olmamasından əmin deyilsənsə, torpağa basırılmış gül kolu hədiyyə etməyə tələsmə. Belə bir fikir var ki, evə gətirilən torpaq bədbəxtçiliyə yol açır.

8. Süni güllər – ölülər üçündür

Ən dəhşətli jestlərdən biri qadına süni gül hədiyyə etməkdir. Çünki adət üzrə süni güllərdə məzar üstünə qoyulur. Əgər münasibətlərinizin başlamadan bitməyini istəmirsənsə qətiyyən bunu etmə.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan