1.
Əgər rastına sevdiyin qadına yaraşacaq hədiyyə çıxdısa dərhal onu al.
Onun doğum günündən bir ay keçsə də al. Zamanı yetişdikdə bunu etməyinin bəhrəsini mütləq görəcəksən.
2.
Onun dediklərinə diqqət yetir. Arada istədiyi barədə qısa da olsa məlumat verir. Bunu yadda saxla, daha yaxşısı bir yerə yaz. Ağlında nə qədər çox ideya varsa, vaxtı gəldikdə yaxşı hədiyyə barədə düşünmək daha rahat olacaq.
3.
Ona həmişə gül hədiyyə et. Fərqi yoxdur ona başqa hədiyyə hazırlamısan, ya yox. Niyəsini soruşma. Bu belə lazımdır. Hər bir qadın da bunu bilir.
4.
Yenə güllər haqqında. Gülləri yalnız bayramlarda yox, mümkün qədər tez-tez bağışlamaq lazımdır. Hər bir qadının ağlında sənin bəhanəsiz hədiyyələrini qeyd edən balacaq bir sayğac var.
Bunu yadda saxla – Bir həftə gündə bir zanbaq hədiyyə etmək, bir gündə yeddi zanbaq hədiyyə etməkdən yaxşıdır.
5.
Mənasını yalnız ikiniz bildiyiniz mənasız hədiyyələr et. Bu da o deməkdir ki, onunla keçirdiyin zamanları unutmursan.
6.
Hədiyyələrini gözəl tərzdə qablaşdır. İlk növbədə, hədiyyənin o qədər də yaxşı olmadığına şübhə edirsənsə, qablaşdırmanın gözəlliyi bu minusu dəf edəcək.
Həmçinin bu, ona nə qədər dəyər verdiyinin göstəricisidir. Üçüncü – hər bir insan hədiyyə qutusunu açmağı xoşlayır.
7.
Hədiyyənə tarix uydur. Məsələn, hansısa bir üzüyü sıldırım qayada gəzərkən tapdığını de. Ona sevdiyi hədiyyəni almaq üçün günlərlə növbələrdə durduğunu söylə. Belə şeylər yaddan çıxmır.