Qadınların səndən daha çox xoşlanmasını təmin edəcək daha bir üsul

Öncədən qeyd edək ki, bu üsulun səmərəliliyi alimlər tərəfindən sübut olunsa da, olduqca qeyri-etikdir.
Düşünürsən ki, həyatında seks istədiyindən daha azdır? Azı çoxa döndərmək üçün bir neçə (pulsuz) yolun var: yaxşı danışmağı öyrənməlisən, rok-ulduza çevrilməlisən, ya da sənə təqdim edəcəyimiz həmin insafsız üsuldan istifadə edəcəksən.
Londonun Kral Universitetinin alimləri iddia edir ki, axşam vaxtı özün ilə bara və ya hansısa başqa yerə apardığın dostun səndən nə qədər görünümsüz və hətta eybəcər olsa, sənin seks etmək şansın o qədər yüksəkdir.
Müvafiq araşdırmada 40 nəfər iştirak edib. İlk öncə onlara orta səviyyədə yaraşıqlı olan insanların şəkillərini təqdim edərək onların xarici görünüşünü qiymətləndirməyi xahiş ediblər. Daha sonra isə iştirakçılara daha eybəcər və görünümsüz insanların şəkillərini təqdim ediblər.
Bu mərhələdən sonra araşdırmada iştirak edənlərdən ilk partiyada verilən şəkillərdəki şəxslərin xarici görünüşünü bir daha qiymətləndirməyi xahiş ediblər. Məlum olub ki, ikinci dəfə qiymətləndirərkən iştirakçılar onlara daha yüksək ballar veriblər.
Bir sözlə, yanında olan dostundan nə qədər yaraşıqlısansa, o qədər şansın artır.
P.S. İncimə, amma dostun səndən yaraşıqlıdırsa, onunla “qız ovuna” çıxmağı məsləhət görmürük.







