İkinci görüşü təmin etməyin 5 yolu

Kişi-qadın1 dəq oxu
İkinci görüşü təmin etməyin 5 yolu

İlk görüşlər həyəcan vericidir, gözəl və özəldir. Amma əsas olan ikinci görüşə gedə bilməkdir. Bəs ikinci görüş baş tutmasa? Narahat olmayın, sizin üçün tərtib etdiyimiz siyahıya diqqət yetirin və ikinci görüşü təmin etməyin 5 asan yolunu öyrənin:

1.Plan qurun və ona əməl edin

Qətiyyən qərarsız görünməməlisiniz. Gedəcəyiniz yerləri əvvəlcədən müəyyənləşdirin və son dəqiqə dəyişikliklərinə icazə verməyin. Unutmayın ki, qadınlar qeyri-sabit kişiləri sevmirlər.

2.Soruşun, dinləyin, daha çox sual verin

Bu, sadə, lakin effektiv bir üsuldur. Gecə boyunca özünüz haqqında nələrsə danışmaq yerinə sual verin. Bu, qarşınızdakı insanı daha çox tanımaq istədiyinizə işarə edir. Sual verin deyəndə nəzərdə tutduğumuz tarix, ədəbiyyat və digər elm sahələrindən bezdirici suallar vermək deyil, belə suallar sizi təkəbbürlü göstərə bilər.

İkinci görüşü təmin etməyin 5 yolu — şəkil 1

3.Balansı qoruyun

Qarşınızdakı qadına xoş sözlər demək istəyirsinizsə, özünüzü  məhdudlaşdırmayın. Xoş sözlər deyin, lakin ağlınızdakı cümlələrin yarısını özünüzə saxlayın. Hamı ilk görüşdə həddindən artıq incə, mədəni görünməyi sevir. Ancaq bu məsələdə ehtiyatlı olmalısınız.

4.Hesab problemi

Bir çox kişinin yanlış etdiyi məsələ məhz hesabı ödəməklə bağlıdır. İlk görüşünüzdə centlmen bir kişi olaraq hesabı siz ödəmək istəyə bilərsiniz, amma bunu hesab masaya gəlmədən öncə etsəniz, daha düşünülmüş və zərif bir hərəkət olacaq. Qarşınızdakı insan buna mənfi reaksiya versə, “İkinci görüşümüzdə sən qonaq edərsən” deyə bilərsiniz.

5.İkinci görüşü istəyib - istəmədiyini soruşun

Bu maddə ağlınızı qarışdırmasın. Əgər bunu sonda soruşacaqdımsa, əvvəlki addımları niyə tətbiq edirəm deyə düşünməyin. Bu, bir nəzakətdir. Əvvəlki üsulları tətbiq edin və sonda növbəti görüşlə bağlı fikrini soruşun.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan