Aliment ödəməyən 3 min kişi axtarışa verilib
"Hazırda Azərbaycanda 99 mindən çox aliment sənədi icrasını gözləyir. Aliment ödəmədiyi üçün axtarışa verilən şəxslərin sayı 3 mindən çoxdur".

Bunu Ədliyyə Nazirliyi İcra Baş idarəsinin əməkdaşı Kəmalə Əhmədova deyib.
Gent.az xəbər verir ki, nazirlik rəsmisinin sözlərinə görə, aliment tələbi ilə bağlı xeyrinə qərar verilən uşaqların sayı 160 mindən çoxdur:
"Hər icra məmuruna düşən aliment tələbi ilə bağlı icra sənədi 200-500 arasında dəyişir, bu da böyük çətinliklərə səbəb olur. Son ilyarımda 130 milyon manatdan çox aliment tələbi ödənilib".







