İyun ayında Sudanın Ağ Nil əyalətində həbs olunan Tiyrab apellyasiya şikayəti verəcəyini bildirir.
Gent.az xəbər verir ki, çox vaxt qadınlara oxunan daşqalaq hökmü Ali Məhkəmədə ləğv olunur.
Qeyd edək ki, belə bir hökm 10 ildə ilk dəfə oxunur.
Afrikanın Ədalət və Sülh sahəsində Tədqiqatlar Mərkəzinin (ACJPS) nümayəndələri bu hökmün daxili və beynəlxalq hüququ pozduğunu bildiriblər və Tiyrabın dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər. Qadına vəkil xidmətindən istifadəyə icazə verilmədiyi üçün mərkəzdə məhkəmənin ədalətsiz keçirildiyini hesab edirlər.(big.az)