Nikahdan əvvəl cinsi əlaqə cinayət hesab olunacaq

İndoneziya parlamenti nikahdan əvvəl cinsi əlaqəyə görə cəzalandırılmanı nəzərdə tutan yeni cinayət məcəlləsini təsdiqləyib,

Kişi-qadın1 dəq oxu
Nikahdan əvvəl cinsi əlaqə cinayət hesab olunacaq

Nikahdan əvvəl cinsi əlaqəyə görə məcəllədə bir ilə qədər həbs cəzası nəzərdə tutulur və evli olmayan cütlüklərin birgə yaşaması da qadağandır.

Gent.az xəbər verir ki, eyni zamanda, yeni cinayət məcəlləsi təkcə İndoneziya vətəndaşlarına deyil, həm də əcnəbilərə şamil edilir.

Həmçinin yeni qanun prezidentin və ya vitse-prezidentin təhqir edilməsini cinayət hesab edir.

Məlumata görə, İndoneziya 1949-cu ildə Hollandiyadan müstəqillik əldə etdikdən sonra qəbul edilən ölkənin cinayət məcəlləsinə yenidən baxılıb. İndi o, prezident Coko Vidodo tərəfindən təsdiqlənməlidir. Bundan əlavə, məcəllənin yeni müddəalarının tətbiqi üçün əlavə qaydalar hazırlanacaq üç illik keçid dövrü nəzərdə tutulur.(lent.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan