Sosial şəbəkə istifadəçisi olan qız nişanlısının anasından erkən Milad hədiyyəsi alması və xoşagəlməz həqiqəti öyrənməsi hekayəsini paylaşıb. İzləyicilər qıza toyu ləğv etməyi məsləhət görüblər.
Gent.az xarici mediaya istinadla bildirir ki, yazı müəllifinin sözlərinə görə, o və nişanlısı uşaq gözləyir. Gəlinin dediyinə görə, bu yaxınlarda sevgilisinin valideynləri Milad qabağı şənlik keçiriblər. Şənlik zamanı gələcək qayınana Milad sürprizi olaraq qıza kiçik bir hədiyyə qutusu verib.
Qız evə qayıdıb qutunu açanda içərisində abort həbləri tapıb. O etiraf edib ki, bəyin anasının hədiyyəsi onu çox əsəbiləşdirib. Gələcək qayınanasının hamiləliyinə qarşı olması gəlin üçün bir yol göstərib. “Düzünü desəm, onun məni niyə sevmədiyini başa düşmürəm. Ola bilsin ki, o, mənim oğlu üçün kifayət qədər yaxşı olmadığımı düşünür” deyə qız qeyd edib.
Hekayənin qəhrəmanı xoşagəlməz hədiyyəni sevgilisinə deyib və o, anası ilə lazımi anda danışacağına söz verib. Gəlin onun anası ilə dərhal danışmamasından narazı olub. "Başa düşmürəm, niyə dərhal heç nə etmədi?" – qız sual verib.
Əksər istifadəçilər bəyin və anasının davranışını tənqid edərək yazı müəllifinə toyu ləğv etməyi tövsiyə ediblər. Müzakirə iştirakçılarından biri yazıb: “Əgər bu mənim başıma gəlsə və nişanlım belə reaksiya versə, münasibətimi bitirib, həbləri qəbul edib yoxa çıxacaqdım”.