Həkim mütəxəssis Patrik Flinn, qadınların kişilərdən daha çox yuxuya ehtiyacı olduğunu söylədi.
Gent.az -ın məlumatına görə, həkim sosial şəbəkə hesabında uzun yuxu ehtiyacını izah edib.
Flinn, qadınların hormonal və böyrəküstü vəzilərin fəaliyyətindəki fərqliliklər səbəbindən daha çox yuxuya ehtiyacı olduğunu açıqlayıb.
Onun sözlərinə görə, yatmaq üçün kişilərə yeddi-səkkiz saat, bəzilərinə isə altı saat kifayət edir. Qadınlar səkkizdən on saata qədər fasiləsiz yuxuya ehtiyac duyurlar.
“Bu, hormonal ehtiyatlarla bağlı məsələdir. Qadınlarda bu hormonlar yalnız adrenal bezlər tərəfindən istehsal olunur və onların işi yuxu tələb edir. Buna görə də qadınlar daha çox yatmalıdırlar”,- deyə həkim qeyd edib.