Rusiyanın Krasnoyarsk diyarında 53 yaşlı kişi iki gün dalbadal narkotiklə polis tərəfindən tutulub.
Gent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kuraqinski rayonunda baş verib. Polis “Nissan” markalı avtomobili saxlayıb və sənədlərini yoxlayıb. Bu zaman o, hüquq-mühafizə orqanlarının əməkdaşlarına narkotikdən istifadə etdiyini etiraf etsə də, tibbi müayinədən imtina edib.
Daha sonra təhlükəsizlik qüvvələri onun avtomobilinə baxış keçirib və təxminən yarım kiloqram sintetik narkotik aşkar ediblər. Xarici avtomobil onun əlindən alınıb. Müayinədən imtina etdiyinə görə həmin şəxs barəsində inzibati protokol tərtib edilib və narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə cinayət işi açılıb.
Ancaq ertəsi gün hüquq-mühafizə orqanlarının əməkdaşları yenidən təqsirləndirilən şəxslə maşın sürərkən qarşılaşıblar. Onu yenidən saxlayıblar və avtomobilində axtarış aparılıb. Nəticədə həmin şəxsin üzərində 19 qram narkotik vasitə aşkar edilib. O, saxlanılıb.
Ona qarşı ikinci cinayət işi açılıb və barəsind həbs qətimkan tədbiri seçilib. Onu 20 ilə qədər həbs gözləyir.