Həkim-diyetoloq təzə bişmiş çörəyə çox aludə olmamağa çağırıb.
Gent.az xəbər verir ki, isti çörək bir çox insanlar üçün zərərli ola bilər: mədə-bağırsaq orqanları xəstəlikləri, qastrit, öd. qaraciyər, mədəaltı vəz problemi olanlar təzə bişmiş isti çörəyi yeməsələr yaxşıdır.
Diyetoloq, nutrusioloq Mariya Çernyayeva bildirib ki, təzə bişmiş çörək və un məmulatı gec və çətin həzm olunur, yüksək turşuluq yaradır, belə qida mədə xorası, yara, qastrit və bağırsaq xoralarını daha da kəskinləşdirir.
Bəs çörəyi nə vaxt almaq olar?
İdeal vaxt 1 sutkadır.
Bişəndən sonra 8 saat gözləyib, sonra yemək lazımdır. Bu çörək orqanizm üçün daha az zərərlidir, mədəyə təsir etmir, bağırsağı yapışdırmır.
Həmçinin təzə çörəkdən insan doya bilmir, daha çox yemək istəyir, iştahı açır, sanki asılılıq yaradır.
Bu da normadan artıq çörək yeyilməsinə səbəb olur.(medicina.az)