1.Mənzildə temperaturu aşağı sal
Londonun Universitet kollecinin apardığı araşdırmaya əsasən, yaşadığı mənzildəki temperaturla insan çəkisinin arasında bağlantı var.
Uzun müddət isidilmiş otaqda qalmağımız bədənimizi komfort öyrəşdirir. Bu səbəbdən, bədinin yüngül termal stressdə keçirdiyi vaxt qısalır. Nəticədə, orqanizm daha az enerji yandırır, bu isə çəkiyə və kökəlməyə təsir edir.
Ona görə də, ofisdə və ya evdə həmişə ayıq vaxtı temperaturu bir neçə qradus aşağı et. Lakin yatarkən çalış öyrəşdiyin tempetatur qoy, yoxsa bədənin dayanmadan donmaqla mübarizə aparacaq və sən yata bilməyəcəksən.
2. Kontrast duş qəbul et
Bu da başqa bir yolxdur. İsti su ilə çiməndən sonra, bir neçə saniyəlik soyuq suyun altına gir. Donmaqla mübarizə aparan orqanizm gücləndirilmiş vəziyyətdə işləyəcək və enerji yandırmağa başlayacaq.
Həmçinin temperaturun dəyişməsi nəticəsində qan dövranı da sürətlənəcək, nəticədə isə həzm prosesi daha sürətli keçəcək.
Qeyd etmək lazımdır ki, günün sonunda kontrast duş əla ideyadır, çünki o həm də yuxusuzluqla mübarizədə kömək edir.
3. Buzlu su iç
Adi su ilə müqayisədə 1 stəkan buzlu su içdikdə sən 70 kkal daha çox yandırırsan.
Ümumiyyətlə isə çox içmək lazımdır. Yağların parçalanması prosesi oluqca zəhərlidir. Və bədəndə su çatışmadıqda, yağların əriməsi prosesi işə düşməyəcək. İnsan üçün gündəlik norma – 8 stəkandır.