Ağ saçları necə yox etmək olar?

Saçlarınızın ağarmasının qarşısını alan və hətta yanmış saçlarınızı bərpa edə biləcək bir çox təbii qulluq üsulu var.

Məsləhət1 dəq oxu
Ağ saçları necə yox etmək olar?

Gent.az saçlarınızın qayğısına qalmaq və ağ saçları aradan qaldırmaq üçün aşağıdakı təbii üsulları sizə təqdim edir.


Stress zamanı saçın zülal strukturu ilə rabitəsini pozan böyük miqdarda adrenalin daxil olur. Nəticədə piqment neytrallaşır və ya silinir.

Erkən ağarmasının səbəbi güclü nevroloji vəziyyətlərdir

Yaşıl çay

Saç baxımı üçün ən effektiv təbii vasitə yaşıl çaydır. Günəş işığının və hava kirliliyinin saçlarda yaratdığı fəsadları aradan qaldırmaq üçün çox əlverişlidir. Bununla yanaşı ağarmış saçların da qarşısını alır.

Gənəgərçək yağı

Ağ saçları necə yox etmək olar? — şəkil 1

Gənəgərçək yağından maskalar etmək, gənəgərçəkdən hazırlanmış losyonları saçların dibinə sürtmək və s. saçların ağarmasını ləngidən vasitələrdən biridir.


Saç üçün maska: 1 xörək qaşığı gənəgərçək yağı, 1 xörək qaşığı küncüt yağı, 1 xörək qaşığı ayıpəncəsi yağı yaxşı qarışdırılır, isti suda bir qədər qızdırılır və saçların diblərinə masaj hərəkətləri ilə sürtülür.

Badam yağı

Badam yağı saçlarınızın gənc görünməsini təmin edən E və A vitaminləri ilə zəngindir. Duşdan sonra mütəmadi olaraq az miqdarda bu yağı saçların dibinə yeridilməsi saçların effektivliyini, həcmini bərpa edə bilər. Həmçinin ağarmış saçların da qarşısını ala bilər.

Bunu da qeyd etmək lazımdır ki, əgər siz erkən saç ağarması problemi ilə qarşılaşmısınızsa, məyus olmayın. Ağarmış saçlar insana zənginlik və ciddilik obrazı verməklə individuallığı daha da qabardır. Təsadüfü deyil ki, bir çox stilistlər öz cavan modellərinin saç düzümlərinə süni ağ saçları qəsdən əlavə edirlər. Baxımlı, erkən ağarmış saçlar da cəlbedici, daha dəbli görünə bilər.(lent.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan