İsti havada ətrin qalıcılığını necə təmin etmək olar?

Yayda isti hava, tər, günəşdən qoruyucu kremlər ətirlərdən istifadəni çətinləşdirir.

Məsləhət1 dəq oxu
İsti havada ətrin qalıcılığını necə təmin etmək olar?

Gent.az isti havalarda belə ətrin qalıcılığını artıracaq bir neçə tövsiyəni təqdim edir.

Qat-qat vurun

Sevdiyiniz ətri müxtəlif formalarda və ya fərqli qoxuları eyni anda istifadə edərək vura bilərsiniz. Duş geli və ya bədən yağlarına əlavə edərək özünüzə xas qoxu yaradın.

Biləklər və boyun xaricində digər yerlərə də vurun

Bədəninizin fərqli bölgələrinə sıxın

 Dirsəklərə, qarın və digər bölgələrə ətir vurmaq qoxunun uzun müddət qalıcılığını təmin edəcək. Saçları da unutmayaq. Saçlarınıza yüngül ətir vuraraq qoxunu daha qalıcı edə bilərsiniz.

Ətirləri otağınızda deyil, soyuducuda saxlayın

İsti hava ətrin tərkibinin dəyişməsinə və qalıcılığının azalmasına səbəb olur. Buna görə də parfümü soyuducuda saxlamağınız tövsiyə olunur.

Dərinizi nəmləndirin

Ətrin daha qalıcı olması üçün ən yaxşı fəndlərdən biri də təmiz və nəmli dəriyə çəkilməsidir. Duşdan çıxdıqdan sonra dərinizi nəmləndirmək ətirin bədəninizə daha yaxşı yapışmasına imkan verəcəkdir. Bu həm dərinizin qurumasının qarşısını alacaq, həm də günün istənilən vaxtında xoş bir qoxuya sahib olmağınıza yardımçı olacaq.(axşam.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan