Kanadalı qız 101 kiloqramdan 65-ə necə düşdü?
Kanadanın Monreal şəhərinin 23 yaşı sakini İzabel Odett 36 kiloqram arıqlayaraq inanılmaz dərəcədə gözəlləşib.

Görünüşü ilə hər kəsi təəccübləndirir...
Gent.az xəbər verir ki, hər gün "fast food"la qidalanan İzabel uşaqlıqdan artıq çəkidən əziyyət çəkib.
2016-cı ildə onun çəkisi 101 kiloqrama çatıb. Həmin il İspaniyanın Mayorka adasında dincəlməyə gedən qız çimərlikdə çəkisinə görə özünü çox narahat hiss edib və Kanadaya qayıtdıqda nəhayət arıqlamaq qərarına gəlib.
O, burger, "kartof-fri" və "Cola"nı meyvə-tərəvəz, yağsız ət və su ilə əvəz edib, həmçinin, həftədə 5 dəfə idmanla məşğul olmağa başlayıb. Nəticədə, Odett 10 aya 36 kiloqram çəki atıb.

Səhərlər o, yulaf sıyığıyla meyvə yeyir, günorta və axşam isə zülalla zəngin yağsız qidalardan istifadə edir: toyuğun döş əti, krevetka, ağ balıq və tərəvəz.
Zərərli qidalardan uzaq olmaq üçün Odett hətta qonaq gedəndə də yeməyini özü ilə aparır.
Arıqladıqdan sonra o, daha enerji dolu və özünəinamlı olub. Dostlar və ailə üzvləri İzabellə fəxr edirlər, tanımadığı insanlar isə sosial şəbəkələrdə ona gözəl və çəkici olduğunu deyirlər.
Odettin sözlərinə görə, arıqlamaqda ən çətin məsələ əldə olunan nəticəni qoruyub saxlamaqdır. Bunun üçün balanslaşdırılmış həyat tərzi sürmək lazımdır.
Kanadalı qız hazırda sağlam qidalanma üzrə mütəxəssis kimi failiyyət göstərir və digərləri üçün motivasiya mənbəyi olacağına ümid edir.
"Tədricən arıqlayın və hadisələri tələsdirməyin. Məsələ sizin zahiri görünüşünüzdə deyil, həyatınızın keyfiyyətindədir. Qeyri-sağlam vərdişlərinizi tərk edib, öz bədəninizə hörmətlə yanaşmağa başladıqda həyatınız da tamamilə dəyişir", - deyə Odett hər kəsə məsləhətini verib.(big.az)







