Gündə neçə fincan qəhvə içmək olar? Alimlərin rəyi

Elə təəsürat yaranır ki, insanlar artıq kofenin ürək tutmalarına, tərləməyə və düşünülməmiş qərarlar almağa yol açdığını unudub. Lakin qəhvə xeyirli olduğu qədər ziyanlıdır. Bunu biz yox, bioloqlar deyir. Onlar hətta sağlam qalmaq üçün gündə neçə fincan qəhvə içmək lazım olduğunu qeyd edirlər.

Düsseldorfun ekoloji tibb institunun apardığı araşdırmalar nəticəsində məlum olub ki, qəhvə insan bədənini cüzi də olsa cavanlaşdırır.
Alimlər laboratoriya siçanlarına qəhvə ilə isladılmış salfetlər veriblər. Məlum olub ki, kofein yaşlı siçanların qanındakı hüceyrələri cavanlaşdırır, həmçinin insult və şəkər xəstəliklərinə qarşı mübarizə aparmaqda kömək edir.

Mütəxəsisslərin fikrinə görə, ortastatistik insan hüceyrələrinin cavanlaşması üçün 4 fincan qəhvə içməlidir.
Nəzərə alın ki, göstəriləndən çox qəhvə içmək sizi daha da cavanlaşdırmayacaq, ona görə qarnınızı boş yerə qəhvə ilə doldurmayın.
Paralel olaraq alimlər yaşıl çayı da məsləhət görür. Qəhvə içə bilməyənlər çaya keçə bilərlər.






