Zəncəfil kökündən necə istifadə etmək lazımdır?
Zəncəfilin faydaları saymaqla bitmir.

Lakin dahi şairimiz Nizami Gəncəvinin dediyi kimi, "artıq içiləndə dərd verir su da".
Gent.az xəbər verir ki, pandemiya dövründə bazarlarda zəncəfilə tələbat artdı və insanlar ondan həddən artıq çox içdilər. Bu, bəzilərində mədə problemlərinə də səbəb oldu. Bəs zəncəfil kökündən necə istifadə olunmalıdır?
BİG.AZ xəbər verir ki, bu barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu efirdə aparıcı Şəhriyar Əbilovun suallarını cavablandırarkən danışıb.
Həkimin sözlərinə görə, koronavirus yüngül dərəcədə olanda dərmana ehtiyac yoxdur, sadəcə immun sistemini gücləndirmək lazımdır. Zəncəfil də immun sisteminə yaxşı təsir etsə də, onu gündə 20 qramdan çox istifadə etmək məsləhət deyil. Bu bitki çox isti halda bədən temperaturunu qaldıra, soyuq halda isə hərarəti sala bilir.(big.az)







