Ev şəraitində qulaq ağrısından necə qurtulaq?

Qulaq ağrısının əsas səbəbi infeksiyalardır.

Məsləhət1 dəq oxu
Ev şəraitində qulaq ağrısından necə qurtulaq?

Daxili qulaq infeksiyalarında ürəkbulanma, başgicəllənmə, xarici qulaq infeksiyalarında qulaqcıqda və ya qulaq yolunda şişlik, qızartı, qaşınma müşahidə edilə bilər.

Gent.az xəbər verir ki, orta qulaq infeksiyalarında bəzən hərarət yüksəlir və ya qulaqda dolğunluq hissi olur.

Qulaq kiri normal olaraq qulaqda ifraz olunan fizioloji ifrazatdır. Bu həddindən artıq olduqda və ya səhv təmizləndikdə toplanır, bərkiyir və qulaq kanalını bağlayır. Bu da qulaq ağrısına səbəb olur. Bunun üçün qulaq kanalına qliserin damlatmaqla onu təmizləmək olar. Qulaqları təmizləmək üçün qulaq çöpləri və ya kəskin, deşici materiallardan istifadə etməyin. Bundan başqa soyuqdəymə, qulaq kanalına yad cismin düşməsi də ağrıya səbəb olur.

Ev şəraitində qulaq ağrısından necə qurtulaq? — şəkil 1

Ev şəraitində qulaq ağrısını müalicə edə biləcəyiniz üsulları təqdim edirik:

Zeytun yağı

Qulağa 1-2 damcı zeytun yağı damlatmaq infeksiyanı təmizləməyə və orada hiss etdiyiniz səslərin azalmasına yardımçı olacaq.

Nanə

1-2 damcı nanə yağı da ağrıları sonlandırmağa kifayətdir.

Soğan

Soğan antiseptik və antibakterial xüsusiyyətlərə malikdir. Sürtgəcdən keçirilmiş soğanın suyunu bir xörək qaşığı vasitəsilə aşağı odda qızdırın. Daha sonra ilıq şəkildə gündə 2-3 dəfə ağrıyan qulağa 1-2 damcı tökün. Bu ağrıları azaldacaqdır.

İsti su torbası

İsti su şüşəsini ağrıyan qulağa qoyub bir neçə dəqiqə gözləmək də faydalıdır.

Zəncəfil

Son dərəcə güclü iltihab əleyhinə xüsusiyyətə malikdir. Təzə zəncəfilin şirəsini çıxarıb ağrıyan qulağa 1-2 damcı tökün.

Qulağında ağrılar hiss edən şəxslər siqaret çəkməməli, küləkdən və ya kondisionerden uzaq durmalı, mümkün qədər həmin nahiyəni isti saxlamalıdır. Duş qəbul edərkən suyun qulağa düşməməsinə diqqət edin.(axşam.az)

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan