Qoxu hissi itən insanlar nə etməlidir?
İybilmə, qoxu hissinin itməsi halı ilə çoxları qarşılaşıb.

Təbii ki, bu hal əksər hallarda müvəqqəti xarakter daşıyır.
Gent.az xəbər verir ki, çoxu hissiyyatı hansı hallarda itə bilər? Belə hallarda nə etmək lazımdır?
Məsələ ilə bağlı həkim-infeksionist Namiq Nəbiyevfikirlərini bölüşüb.
Onun sözlərinə görə, qoxu hissinin itməsi əsasən son zamanlar koronavirus xəstəliyi ilə bağlı əlaqələndirilir: "Çünki bildiyimiz kimi, koronavirus keçirən insanlarda dadbilmə, iybilmə funksiyaları yox olur".
Həkim sözlərinə belə davam edib: "Bunun üçün məsləhətdir ki, xəstə koronavirusdan analiz versin. Əgər doğurdan dadbilmə, iybilmə itibsə buna uyğun tədbir görülməlidir".(Xəzər Xəbər)







