Bunu edərək 3 günə 3 kiloqram arıqlayın - Sadə resept

Məsləhət1 dəq oxu
Bunu edərək 3 günə 3 kiloqram arıqlayın - Sadə resept

Üç günə 3 kiloqramdan çox çəki atmaq mümkündürmü?

BiG.AZ xəbər verir ki, rusiyalı həkim-diyetoloq Marqarita Korolyova bunun o qədər də çətin olmadığını bildirir.

Onun sözlərinə görə, 3 gün duzdan imtina edib qarabaşaq yeməklə 3 kilo arıqlamaq olar.

Üç günlük pəhrizin qaydası

Bir stəkan qarabaşağı yuyub bişirirsiniz. Duzdan başqa, istənilən ədviyyat əlavə etmək olar. Hazır qarabaşağı gün ərzində 5-6 öyün yeyirsiniz. Yanında çiy tərəvəzlərdən də (məsələn. xiyardan) istifadə etmək lazımdır.

Bu pəhrizlə artıq ilk gün çəki 800-1200 qram azala bilər.

İkinci gün eyni miqdarda qarabaşağı gün ərzində 3 dəfə yemək olar.

Üçüncü gün isə qida rasionunuza qatıq da əlavə edə bilərsiniz.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan