Pivədən imtina etməyin üstünlükləri
Amerikalı ekspertlər hesab edirlər ki, pivədən imtina etmək şişkinlikdən qurtulmağa, arıqlamağa, qaraciyərin fəaliyyətini yaxşılaşdırmağa, yuxunu normallaşdırmağa və beyni aydınlaşdırmağa kömək edə bilər.

Onlar əlavə ediblər ki, pivə bağırsaqdakı faydalı bakteriyaların tarazlığını pozur və onu qıcıqlandırır ki, bu da həzm sisteminin pozulmasına və nəticədə qarın piylənməsinə səbəb olur.
Gent.az xəbər verir ki, pivə qaraciyəri spirtin emalı baxımından əlavə olaraq yükləyir və bu orqan bədəndəki digər toksinləri və zərərli maddələri daha effektiv şəkildə parçalaya bilmir.(oxu.az)







