Görməsi zəif olan insanlar üçün məsləhətli eynəklər
Google şirkətinin "Google Glass" adlı eynəkləri öz sektorunda uğur qazana bilməsə də, digər bir çox sahələrdə yararlı olub.

Bu eynəklərin süni intellektlə birlikdə istifadə olunması görmə qabiliyyəti zəif olan insanlara kömək edir.
Gent.az xəbər verir ki, "Google Glass"a kiçik ölçülü kamera quraşdırılıb ki, bu da ətrafdakı əşyaları, insanları, hətta yazıları belə analiz etməyə imkan yaradır. Analiz prosesi bitdikdən sonra səsgücləndirici vasitəsilə ayırd edilmiş obyektlərin vizual məlumatları istifadəçiyə ötürülür.
Qeyd edək ki, bu eynəklər startapın saytında 3268.91 avro qiymətində satılır.(lent.az)







