Dərini parlaqlaşdıran və gözəlləşdirən resept
Fitoksmetologiyada xüsusilə xanımlar üçün ağ gil müalicə üsulu önəmlidir.

Amma ağ gili təbii formada təbiətdən tapmaq daha yaxşıdır, çünki satışda olanların çoxu qatqılıdır.
Xüsusiyyətlərinin zənginliyinin qorunması üçün ağ gil qurudulmadan və xırdalanmadan əvvəl daş ocaqlarından çıxarılır. Bir az boz rəngə çevrilə bilən və mineral tərkibinə görə ağ rəngi ilə tanınan bu toz yumşaqlığı və saflığı ilə seçilir. Xüsusilə silikat və mineral duzlar (dəmir, sink, kalium, maqnezium, kalsium və s.) ilə zəngin olan ağ gil super versiyasında kosmetik istifadə üçün çox məşhurdur.
Gent.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "İnstagram" səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, ağ gil həm qoltuqaltı kimi bölgələrdə tərləmə xüsusiyyətlərinə görə istifadə edilə bilər, həm də diş fırçalamaq üçün diş pastasına optimal bir əlavədir.
Həkim dəri qırışlarını azaldan və üzü gözəlləşdirən resepti də təqdim edib:
Gül suyu - 300 ml,
Ağ gil tozu - 30 q,
Kefir - 1 xörək qaşığı
Qarışdırın, üzü təmiz suyla yuyub qurudun və üzərinə bu məlhəmi çəkin. 20 dəqiqə saxlayın. Hər ay bir həftə gündə bir dəfə tətbiq edə bilərsiniz.(big.az)







