Arıqlamaq istəyənlər üçün möcüzəvi çay resepti
Artıq çəki bir çoxlarını narahat edən problemdir.

Xüsusən də xanımlar arıqlamaq arzusuyla çox vaxt pəhrizlərə üz tuturlar.
"Heç nə yemirəm, sanki sudan və havadan kökəlirəm" deyərək gileylənənlər də az deyil. Bəs bunun səbəbi və çarəsi nədir?
Gent.az həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlunun məsləhətlərini təqdim edir.
Onun sözlərinə görə, burada hormonal səbəblər rol oynayır. Sinir və hormonal sisteminin birlikdəliyi pozulduqda insan bəzən kəskin arıqlaya, bəzən isə kəskin kökələ bilər. Ona görə müayinə edib dəqiq diaqnoz qoyduqdan sonra müalicə olunmaq ən doğru variantdır.
Lakin bununla yanaşı, həkim ödem atan, çəkini azaldan, yəni ödemin fonunda şişkinliyi aradan qaldıran təbii reseptdən istifadə etməyi məsləhət görüb.
1 ovuc gilas saplağı, 1 ovuc qarğıdalı saçağı, 1 xörək qaşığı rozmarin (ətotu) 0,5 litr qaynar suda 20-30 dəqiqə dəmlənir, Daha sonra süzülür və gün ərzində çay, su kimi içilir.
Bu detoks suyunu hər dəfə içməzdən öncə akasiya balından istifadə etmək məsləhətdir. Bu, həm dadını yaxşılaşdırar, həm toxluq hissini artırıb, iştahı azaldar. Qidalanmaya fikir vermək şərtilə, bu resepti hər ayın 2 həftəsi istifadə etmək faydalıdır, lakin yanaşı xəstəlikləri olan insanlarda effekt verməyə bilər.(big.az)
Daha ətraflı məlumat üçün aşağıdakı videonu izləyə bilərsiniz:






