Yay tətillərinədək arıqlamaq üçün ən effektiv üsul
Diyetoloq Marqarita Korolyova yay tətillərinədək arıqlamaq üçün effektiv üsul tövsiyə edib.

Onun məsləhətlərini "Moskva24" dərc edib.
Gent.az xəbər verir ki, diyetoloq yemək rasionunu tənzimləməyi və sağlam qidalanmağı tövsiyə edib:
"Məqsədimiz fraksiyalı qidalanma sayəsində mədənin həcmini kiçiltməkdir. Bu növ qidalanma üç əsas öyün və 2-3 faydalı ara öyndən ibarətdir".
Korolyova səhərlər giləmeyvə, meyvə dilimləri, qoz-fındıq əlavə etməklə sıyıq yeməyi məsləhət görür.
Bundan başqa, rasionda tərəvəz və meyvələr olmalıdır, çünki lifli qidalar bağırsaqların fəaliyyətini stimullaşdırır və mikrobioma problemlərinin qarşısının alınmasını təmin edir. Diyetoloq, həmçinin, tərəvəzlərlə yanaşı, protein mənbəyi olan quş və ya balıq ətindən istifadə etməyi məsləhət görür.
Yemək posrları kiçik olmalıdır: qadınlar üçün 250 ml, kişilər üçün 300-330 ml tutumu olan qablarda.
Gün ərzində azı 2,5 litr qazsız su içməklə orqanizmdən yağ yanması nəticəsində əmələ gələn bütün metabolitlər çıxarılır.
Korolyova bir ovuc qovrulmamış qoz-fındıq və 2-3 ədəd gavalı, dilimlənmiş alma, göyərti və bir pendirllə, yaxud avokado və limon suyu ilə hazırlanan sendviç, eləcə də yoqurt və ya kefiri atışdırmalıq üçün əla variantlar olduğunu hesab edir.
Ən əsası isə, diyetoloq axşam saat 7-dən sonra yeməməyi məsləhət görür, çünki axşamlar maddələr mübadiləsi yavaşlayır.
Daha yaxşı nəticələr əldə etməküçün Korolyova sağlam qidalanmayla yanaşı, idmanla məşğul olmağı da tövsiyə edir.(big.az)






